Hacı Qafarov

Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsidir və marketinq ixtisası üzrə təhsil alır. Eyni zamanda “Paşa Holdinq” və “Paşa Sığorta” şirkətlərinin ortaq layihəsi olan “Əlaçı” təqaüd proqramının qaliblərindəndir. 2023-cü ildə “Erasmus+” proqramı çərçivəsində Almaniyada keçirilən “Let’s Combat Against Fake News” proqramında Azərbaycanı təmsil etmişdir.
Son 2 ildə 100-ə qədər kiçik, orta, böyük səviyyəli yerli forum və konfransların təşkilati məsələlərində təcrübəyə sahibdir. Paralel olaraq, Azərbaycanda keçirilmiş Beynalxalq, Qlobal və Dünya səviyyəli tədbirlərin icraçı komandasında yer almışdır.