Spikerlərimiz

Sabir Camal
Spiker
Rəqəmsal marketinq təcrübəsinə malik peşəkardır. Karyerası boyunca müxtəlif şirkətlərdə çalışıb və hazırda Kontakt Home-da Rəqəmsal Marketinq Departamentinin rəhbəridir.

Betül Uslu
Spiker
Betül Uslu brendlərin sosial media strategiyalarını hazırlayarkən, insan duyğularını əsas götürür. Onun fikrincə uğur qazanmaq üçün işin özünü dərindən anlamaq lazımdır.

Göktuğ Sarı
Spiker
Brendlərin rəqəmsal dünyada necə fərqlənəcəyini, trendləri necə tutacağını yaxşı bilir.
Hal-hazırda Trilogy.News-un həmtəsisçisi və CCO-su kimi fəaliyyət göstərir.

Fərid Hacıyev
Spiker
Hazırda PASHA Life-da Marketinq Eksperti olaraq çalışıram. Bu vəzifə mənə böyük bir komanda ilə işləmək və şirkətin marketinq strategiyalarını inkişaf etdirmək imkanı verir.

Nicat Manafov
Spiker
Expertera-da e-ticarət məsləhətçisi kimi də çalışır. AzInTelecom LLC, Kaymu Azerbaijan və Max Trade kimi şirkətlərdə də çalışmışdır. Həmçinin MBA tələbələri üçün e-ticarət kitabının həmmüəllifidir.

Cəfər Nəcəfov
Spiker
O süni intellekt və marketinq sahəsindəki innovativ yanaşmaları ilə tanınır. Cəfər Nəcəfovun yaratdığı platforma 90,000-dən çox abunəçiyə sahibdir.

Əli Xəyyam
Spiker
“Söhbətgah” podkastının həmtəsisçisi və aparıcısı kimi Əli Xəyyam daim dinləyiciləri düşündürən və maraqlandıran söhbətlər aparır. “Səyahətnamə” YouTube kanalında isə həyat yoldaşı ilə dünyanı kəşf edir.

Tural Yusifov
Spiker
“AvtoStop” layihəsinin müəllifi və aparıcısıdır. Azərbaycanda ən populyar podkastlardan biri olan “Söhbətgah” podkastının həmmüəllifidir.

Məhəmmədəli Hüseynov
Spiker
Onun bacarıqları arasında aktyorluq, məlumat analizi, qrafik dizayn, video montajı kimi müxtəlif sahələr yer alır. Hal-hazırda o sosial media sahəsində öz innovativ yanaşması ilə tanınır.