Nəzərdə tutulan panel müzakirələr

/1
Dəyişdir
Birinci panel müzakirə mövzusu
Dəyişdir panelinin əsas məqsədi sosial media vərdişlərimizi daha yaxşı istiqamətdə dəyişdirmək üçün addımlar atmaqdır. Misal üçün, sosial mediada gündəlik 3-4 saat vaxt keçirirsiniz və düşünürsünüzsə ki, bu vaxt itkisidir, o zaman “Dəyişdir panelində çıxış edəcək spikerlərimizi dinləmək Sizin üçün ən ideal fürsətlərdən biridir. Spikerlərimiz çıxışları zamanı Sosial Media vərdişlərimizi necə daha yaxşı formaya dəyişdirə biləcəyimizi bizə real və praktiki təcrübələri ilə açıqlayacaqlar.
/2
Gücləndir
İkinci panel müzakirə mövzusu
Gəldik gücləndir panelinə! Birinci panelimizdə dəyişdirdiyimiz vərdişləri artıq gücləndirməyin zamanıdır! Belə ki, sosial media artıq elə bir yer halını alıb ki, burda güclü olmasaq, hər daim öz yeniliyimizlə seçilməsək, daha çox fayda verə bilməsək, qısa bir zamanda uğursuzluğa düçar ola bilərik. Məhz bunun qarşısını almaq üçün Dəyişdirdiyimiz sosial media vərdişlərimizi necə Gücləndirəcəyimizi məhz 2-ci paneldəki spikerlərimizdən dinləyəcəyik. Bu paneldə Emin Chagayev bizimlə olmayacaq, amma, əmin olun, bizlə olanlar da sizə elə motivasiya verəcək ki!!!
/3
Fərqləndir
Üçüncü panel müzakirə mövzusu
Dəyişdirdik, gücləndirdik, bəs sonra nə edək? FƏRQLƏNDİRƏK! Əvvəlki videoda dediyimiz kimi, birinci dəyişdirdik, sonra gücləndirdik, indi isə bunları fərqləndirməyin zamanıdır. Belə bir deyim var, “fayda ver ki, fayda görəsən!” Gücləndirdiyin sosial media vərdişlərinlə fayda verirsən, sonrakı addım isə... FƏRQLƏNDİRdiyin vərdişlərinlə fayda görürsən. Bunun adını indiki dövrdə şəxsi brendinq, markalaşma deyirlər, bax onu 3-cü panelimizdə birlikdə öyrənəcəyik!

Spikerlərimiz