Azərbaycanda ilk dəfə Gənclərin Sosial Media Forumu keçiriləcək
Azərbaycanda ilk dəfə Gənclərin Sosial Media Forumu keçiriləcək
“Dəyişdir, Gücləndir, Fərqləndir” şüarı ilə 5 may 2024-ci il tarixində “Avropa Azərbaycan Məktəbi”ndə 600-ə qədər iştirakçı ilə baş tutacaq Gənclərin Sosial Media Forumunda 9 təcrübəli spiker 9 fərqli və bir-birindən maraqlı mövzuda çıxış edəcək.
“Arter MMC” şirkətinin təşkilatçılığı, “Trilogy News”, “Asan İnnovativ İnkişaf Mərkəzi”, “AEGEE Baki”, “Ebiletstore”, “Facemark”, “Marsol Development Center”, “Thinkers.az”, “Apply Uni” və “Ertagro”nun tərəfdaşlığı, “LSIM” və “Tudors”un məhsul dəstəyi ilə 150-dən çox uğurlu şirkət nümayəndələrinin iştirakı nəzərdə tutulan forum ölkəmizdə sosial media savadılığının artırılmasını, gənclərin yaratdığı məzmunlarda innovativliyi və yaradıcılığı aşılamağı, sosial media vərdişlərinin təkmilləşdirilməsini, gənclərin peşəkarlarla güclü əlaqələr qurması üçün imkanlar yaratmağı hədəfləyir.
Forumun birinci paneli – “Dəyişdir” panelində Göktuğ Sarı, Məhəmmədəli Hüseynov Sinan Ağayev çıxış edərək sosial mediadakı illuziyamızdan və AI-ın həyatımızdakı rolu, Azərbaycandakı uğurlu sosial media brendinqi kimi mövzuları müzakirə edəcəklər. İkinci – “Gücləndir” panelində spikerlərimiz Səma Abiyeva, Le Hashim, Nofəl Əliyev “influencer” maketinqi, unikal məzmun yaradıcılığı, sosial mediada sata bilən brendinq və sosial media alqoritmləri istiqamətində öz təcrübələrini bölüşəcəklər. Son panel – “Fərqləndir” panelində Kamal Mahmudov, Kəmalə Rövşən və Ceyhun Fərzəliyev gənclərlə həqiqi özləri olaraq və öz bacarıqlarından istifadə edərək sosial mediada fərqlənib uğur qazanmağın sirlərini bölüşəcəklər.
Tədbirin sonunda iştirakçılar sertifikatla təmin olunacaqlar. Bundan əlavə, gəncləri canlı musiqi, xüsusi hədiyyələr və 100-dən çox peşəkarla netvörkinq imkanı da gözləyir.